Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriu Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriu Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Moldova Ombudsmanı Aureliya Qriqoriu İlham Əliyevi təbrik etdi

Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriu Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.


AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Çox hörmətli cənab Prezident.

Bütün Azərbaycan xalqı, bütün dostlarınız kimi, mən də Sizi əlamətdar yubileyiniz münasibətilə təbrik edirəm.

Bu əlamətdar yubiley ən xoş və ən səmimi arzuları Sizə bildirmək və ölkənizin nailiyyətlərini və planlarını bir daha xatırlatmaq imkanı verir.

Sizi şəxsən tanıdığım üçün xeyirxahlığınıza və qəlbinizin dərinliklərindən gələn mənəvi nura heyran qalmaqdan yorulmuram. Belə nəcib keyfiyyətlər heç də hamıya nəsib olmur. Dövlət başçısı üçün isə bu, xüsusilə əhəmiyyətlidir. Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində təməli atanız, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirməyiniz sayəsində nailiyyətlərini və qələbələrini artıraraq dünyanın lider ölkələri arasında layiqli yer tutan Azərbaycan üçün çox iş görmüsünüz və əminəm ki, bundan sonra da görəcəksiniz.

Bu gün Siz dünyada keçmiş 15 Sovet İttifaqı respublikasından heç biri ilə müqayisəedilməz uğurlar qazanmış, xarici investisiyalara ehtiyacı olan ölkədən başqa dövlətlərə investisiya yatıran bir ölkəyə çevrilmiş Azərbaycanın və onun xalqının maraqlarını ardıcıl surətdə təkidlə irəlilədən həqiqətən müdrik və çox diplomatik, mədəni və uzaqgörən bir siyasi xadim kimi tanınırsınız.

Çiyinlərinizə necə mürəkkəb, məsuliyyətli və eyni zamanda, şərəfli missiyanın düşdüyünü anlayaraq, Sizə ilk növbədə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzu edirəm. Prezidenti olduğunuz ölkəyə bundan sonra da inkişaf etməyi diləyirəm. Dünyada mürəkkəb vəziyyətin yaranmasına baxmayaraq, arzu edirəm ki, bütün çətinliklər Sizin ölkədən yan ötsün, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Mən regionda sülhü qoruyub saxlamaq və məcburi köçkünləri doğma yurdlarındakı ev-eşiklərinə qaytarmaq üçün şəxsən Sizin necə böyük səylər göstərdiyinizi gözəl bilirəm.

Cənab Prezident, Sizə bu sahədə xüsusi uğurlar arzu edirəm.