“Bilirəm ki, Rusiyaya gedib, digər ölkələrə səfər barədə məlumatım yoxdur” “Bilirəm ki, Rusiyaya gedib, digər ölkələrə səfər barədə məlumatım yoxdur”

Cəmil Həsənlidən “İbrahimbəyov açıqlaması”

“Bilirəm ki, Rusiyaya gedib, digər ölkələrə səfər barədə məlumatım yoxdur”

Azərbaycan Ziyalılar Forumunun sədri, dramaturq Rüstəm İbrahimbəyov bu gün Rusiyaya gedib. Xəbər portallarının verdiyi məlumatlara görə, İbrahimbəyov Rusiyadan sonra Fransa və ABŞ-a gedəcək.

Səfərlə bağlı AzNews.az-ın sualını cavablandıran Ziyalılar Forumunun idarə heyətinin üzvü Cəmil Həsənli deyib ki, o, yalnız R.İbrahimbəyovun Rusiyaya getdiyini bilir. Bu da İbrahimbəyovun işi ilə bağlıdır: "Rüstəm müəllim həm Rusiyada, həm də Azərbaycanda işləyir. Digər ölkələrə səfərlərə gəlincə, onlar barədə mən məlumatlı deyiləm. Bilirəm ki, bu gün o, Rusiyaya gedib".

Gültəkin
AzNews.az