PKK Kürdüstan bayrağı qaldırdı


Kürd terrorçu qrupları Güney Azərbaycanın Urmu şəhərini növbəti dəfə Kürdüstan adlandırıblar. İraq Kürdüstanından idarə olunan radikal kürd qruplarının saytlarında bu barədə məlumat yer alıb. Yazıda Güney Azərbaycanın Urmu şəhəri kürd şəhəri kimi təqdim olunub.
Urmu şəhərinin bir neçə məntəqəsinin adı çəkilərək qeyd olunub ki, bu məntəqələrdə təbliğat fəaliyyəti aparılıb: "Nanas – Urmu - Mahabad üçyolunda Kürdüstan bayrağı dalğalanıb". Qeyd edək ki, bundan əvvəl də PKK Urmunun kürd şəhəri kimi təqdim etmişdi.

Alpər
AzNews.az