Gözəl Bayramlı: «Cəriməni ödəmək fikrim yoxdur»

26 yanvar aksiyaçılarından ən çox cərimələnənlərdən AXCP sədrinin müavini Gözəl Bayramlı cəriməni ödəmək fikrində olmadığını deyib.

AXCP sədrinin müavini AzadlıqRadiosuna bu qərarla bağlı apelyasiya şikayəti verəcəyini bildirib. Onun sözlərinə görə, yüksək məbləğdə cərimə tətbiq etməklə fəalların gözünü qorxutmaq, etiraz aksiyalarının qarşısını almaq istəyirlər: "Mən bu aksiyada təşkilatçı olmamışam. Aksiya sosial şəbəkə iştirakçılarının təşəbbüsü ilə keçirilib. Mən də sosial şəbəkə üzvü kimi bura qoşulmuşam".

AzNews.az