“Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”. “Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”.

“Azərbaycan Qarabağa getmək istəyənlərin səfərlərini özü təşkil etməlidir” - Millət vəkili

“Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O xatırladıb ki, Azərbaycan tərəfi beynəlxalq aləmə Dağlıq Qarabağa qanunsuz səfər etməyin yolverilməz olduğunu bəyan edib.

“Erməni tərəfi bundan çox narahatdır. Azərbaycan isə bu məsələni Xarici İşlər Nazirliyində olan “Qara siyahı” ilə tənzimləyir. Açıq deyim ki, bu məsələdə hüquqi mexanizmlər məhduddur. Çünki biz Gürcüstanda olduğu kimi işğal olunmuş yerlərlə bağlı qanun qəbul etməmişik. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək. Doğrudur, bu, müəyyən çətinliklər yaradacaq. Biz özümüz Dağlıq Qarabağa səfərlər təşkil etməliyik”, - deyə, deputat vurğulayıb.

AzNews.az