Fevralın 1-də müəmmalı şəkildə Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən mühakimə olunub. Fevralın 1-də müəmmalı şəkildə Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən mühakimə olunub.

Elnur Hüseynzadə Dağlıq Qarabağda 2 aylıq həbs edilib

Fevralın 1-də müəmmalı şəkildə Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən mühakimə olunub.

Musavat.com-un bununla bağlı erməni mediasına istinadən verdiyi məlumata görə, “məhkəmə” onun barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ermənilər absurd şəkildə “azərbaycanlı diversant” kimi təqdim etdikləri E.Hüseynzadə ilə bağlı növbəti şouya başlayıblar.

Qapalı müzakirələrdə azərbaycanlı girovu vəkil müdafiə edib və ona tərcüməçi ayrılıb. Erməni tərəfinin bildirdiyinə görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadəyə qarşı cinayət işi qaldırılıb. O, “diversiyaya cəhd”də və “sərhədi qanunsuz keçməkdə” ittiham olunur.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib edib, onun bir neçə ay əvvəl ordudan tərxis olunduğunu bildirib.

AzNews.az