“Nazirimizi qurban verməyin” - ETİRAZ

Müxalifət lideri keçmiş naziri müdafiə etdi


Türkiyənin vəzifədən kənarlaşdırılan daxili işlər naziri İdris Naim Şahinə MHP lideri Devlet Bahçeli sahib çıxıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın 4 naziri vəzifədən kənarlaşdırmasından sonra dəyişiklik MHP-nin qrup toplantısında müzakirə edilib. Devlet Bahçeli Naim Şahinin vəzifədən kənarlaşdırılmasını tənqid edib və "Baş nazir AKP-nin üzünü ağardan nazirini qurban verib" deyə vurğulayıb.

Nazirin vəzifədən kənarlaşdırılmasının PKK lideri Öcalanla İmralıda aparılan danışıqlar prosesi ilə əlaqələndirən müxalifət lideri deyib: "Bəzən qüsurları, yanlış hərəkətləri olsa da, vəzifəsinin öhdəsindən layiqincə gələn Naim Şahin qurban verilib. Yeni təyin olunan nazir də bölücülərin dəyirmanına su tökəcək. Hökumət bir ovuc bölücünün oyuncağına çevrilib".

Elnarə Əlosmanqızı
Aznews.az