Bu gün Rusiya hərbi təyyarəsi Fərat qalxanı hərəkatı bölgəsinə zərbə endirib. Bu gün Rusiya hərbi təyyarəsi Fərat qalxanı hərəkatı bölgəsinə zərbə endirib.

Rusiya təyyarəsi Suriyada türk əsgərlərini bombaladı - 3 şəhid, 11 yaralı

Bu gün Rusiya hərbi təyyarəsi Fərat qalxanı hərəkatı bölgəsinə zərbə endirib.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiya hərbi təyyarəsinin zərbəsi nəticəsində 3 türk əsgəri şəhid olub, 11 əsgər ağır yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, hadisə saat 08:40-da baş verib. Rusiya hərbi təyyarəsi İŞİd mövqelərinə zərbələr endirməyə çalışıb. Lakin, zərbələr səhvi ucbatından Fərat qalxanı hərəkatı bölgəsinə düşüb.

Hadisə ilə əlaqədar Rusiya prezidenti Vadimir Putin Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.