Məmmədyarovla Çavuşoğlu görüşdü

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə türkiyəli nazir Twitter səhifəsində məlumat verib.

E.Məmmədyarov səfəri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfransda da iştirak edəcək.