Ali Radanın deputatı iclasa məşhur internet memi gətirdi - Qalmaqal (Foto)

Ukrayna Ali Radasının deputatı Borislav Bereza növbəti iclasa məşhur internet mem olan “Jdun”un oyuncaq formasını gətirib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, deputat öz Facebook səhifəsində bunu şərh edib:

“Jdun, ukraynalıların əksəriyyəti kimi, deputatların işə gəlməyini gözləyir. O, da Nazirlər Kabinetindən keyfiyyətli dəyişikliklər gözləyir. Onun səbri elə də çox deyil. Elə vaxtı da. Ukrayna haqda belə demək olmaz.”

Deputatın bu hərəkəti bir çox həmkarlarını narazı salıb. Lakin, Bereza etdiyi hərəkətdən razı qalıb.

Deputat onu da vurğulayıb ki, artıq yarım ilə yaxındır ki, parlamentdə bir sıra vacib məsələlərin həllində hökumətdən cavab ala bilməyib: “Mən də Jdun kimi hökumətə vacib sualları verəcəyimi gözləyirəm. ”

Qeyd edək ki, "Ждун" həşəratla filin qarışı olan Homunculus Loxodontus obrazının müəllifi Niderlandlardan olan heykəltəraş Marqrit van Brifortdur. O, bu memi xəstəxanada uzun müddət həkimi gözləyən pasiyentlərə həsr edib.

Lakin, "Ждун" daha böyük məşhurluğu Ukraynada siyasi proseslərə sosial şəbəkələrdə onun vasitəsilə verilən reaksiyalardan sonra qazanıb.