“Xocalı faciəsinin işğal günündə cəbhə bölgəsində vəziyyət daha da gərgin olacaq, qısa müddətli də olsa ağır döyüşlər gedəcək.” “Xocalı faciəsinin işğal günündə cəbhə bölgəsində vəziyyət daha da gərgin olacaq, qısa müddətli də olsa ağır döyüşlər gedəcək.”

"Xocalının işğal günüdə cəbhədə vəziyyət daha da gərginləşə bilər"- Şərh

“Xocalı faciəsinin işğal günündə cəbhə bölgəsində vəziyyət daha da gərgin olacaq, qısa müddətli də olsa ağır döyüşlər gedəcək.”

Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin çəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatını şərh edərkən deyib. Onun sözlərinə görə, fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində hücuma keçib, cəbhə bölgəsində təxribatları artırıblar: “Əvvəl Tovuz-Qazax, indi isə bütün cəbhə boyu hücum gedir. Bu gözlənilən idi. İki gün idi ki, onlar təkcə avtomat deyil, iri çaplı silahlardan atəş açırdılar. Bunlar daha çox daxildəki gərginliyi cəbhə bölgəsinə yönəltmək istəyirlər. Amma Azərbaycan silahlı qüvvələri də hər an onları susdurmağa hazırdır, əsgərlərimiz nəyi bacarırdılarsa edirdilər.”

Üzeyir Cəfərovun fikrincə, ermənilərin atəşkəsi pozmasının arxasında iki mühüm amil var: “Biri Xocalı, ikincisi isə itirdikləri mövqelərə geri almaq. Düşmən hələ də təxribatından və niyyətindən əl çəkmir. Çox güman ki, bunu qarşısı alınacaq. Ən əsası odur ki, Azərbaycan silahlı qüvvələri onların bu fikirini əvvəlcədən bilirdi. İtkilərimiz var. Yəqin ki, bu barədə Müdafiə Nazirliyi məlumat verəcək. Çox təəssüflər olsun ki, bu beynəlxalq qurumların daha çox arzuladığı xoşagəlməyən mənzərədir. Onlar cəbhədə qan tökülməsini istəyirdi. İki prezident bir araya gətirsinlər və ATƏT-in mənasız Minsk qrupu yenə də fəaliyyətə keçsin. Təəssüf ki, onların fəaliyyətsizliyi bu gün belə ağır nəticələrə gəlib cıxır.”

Ekspert hesab edir ki, əslində Azərbaycan tərəfi qisas almalıdır: “Xocalı faciəsinə görə, ermənilər cavab verməlidir. Amma görünən odur ki, ermənilər bizə qarşı başqa hərəkət edirlər.”

Bahar RÜSTƏMLİ

AzNews.az