Azərbaycanda yeni universitet yaradılır

Fevralın 1-də prezident İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar dövlət büdcəsindən vəsaitin ayrılmasını nəzərdə tutsun; universitetin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

Sərəncamda Təhsil Nazirliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanmasını təmin etmək tapşırılıb.

AzNews.az