İrəvan Azadlıq təşkilatı İctimai Birliyi Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bəyanat yayıb. İrəvan Azadlıq təşkilatı İctimai Birliyi Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bəyanat yayıb.

“İrəvan” bəyanat verdi

İrəvan Azadlıq təşkilatı İctimai Birliyi Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bəyanat yayıb.




"Qafqazinfo"-nun məlumatına görə, Əkrəm Əylislinin "Drujba narodov"jurnalında işıq üzü görən "Daş yuxular" romanı cəmiyyətdə ciddi narahatlıq yaradıb. Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan İrəvan Azadlıq Təşkiilatı bu əsəri hiddətlə qarşılayıb.

İAT Əkrəm Əylislinin adı çəkilən əsərini Azərbaycan xalqına atılmış böhtan və iftira hesab etməklə yanaşı, tarixi gerçəkliklərin, reallıqların təhrifi, eyni zamanda gerçəkliklərin erməni vəhşiliyinin qurbanı olan minlərlə soydaşlarımızın ruhuna təhqir kimi qiymətləndirir. Əkrəm Əylisli öz çirkin və məkirli məqsədlərini həyata kecirtmək üçün bilərəkdən ermənilərin tarixlər boyu Azərbaycan türklərinin başına gətirdikləri faciələri, kütləvi qətilləri və digər qeyri-insani əməlləri nəinki danmaga calışır, əksinə həyasızcasına sülhsevər və böyük mədəniyyətə sahib bir milləti-Azərbaycan türklərini layiq olmadığı prizmada göstərir. Bu onun erməni xislətini, bədnam niyyətini açıq şəkildə ortaya qoyur.

İrəvan Azadlıq Təşkilatı bütün yuxarıda sadalananları nəzərə alaraq "Daş yuxular"əsərinin müəlifi Əkrəm Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb edir, əks halda bə yan edir ki, Azərbaycan xalqına böhtan atdığına, tarixi faktları və reallıqları təhrif etdiyinə görə, məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır".

AzNews.az