“Biz onları vicdan məhbusu hesab edirik” “Biz onları vicdan məhbusu hesab edirik”

“İlqar Məmmədov və Tofiq Yaqublu vicdan məhbusu elan olunmalıdır”

“Biz onları vicdan məhbusu hesab edirik”



"Müsavat Partiyası Başqanının müavini və REAL Hərəkatı sədrinin həbs edilməsi qanunsuzdur. Çünki onlar İsmayıllıya hadisə baş verəndən sonra gediblər". AzNews.az-ın məlumatına görə bunu Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi ilə bağlı Müsavat Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. A.Hacılı bildirib ki, Tofiq Yaqublu "Yeni Müsavat" qəzetinin əməkdaşı kimi İlqar Məmmədov da hüquq müdafiəçisi kimi məsələ ilə tanış olmağa çalışıblar: "Onlar orada heç bir qarşıdurmaya səbəb olan hərəkət etməyiblər. Bunların həbsi göstərir ki, Azərbaycanda hüquq sistemində nihilizm hökm sürür. Bu həbslərin heç bir hüquqi əsası yoxdur".


Müsavat funksioneri vurğulayıb ki, Tofiq Yaqublu və İlqar Məmmədov vicdan məhbusu elan olunmalıdır: "Biz onları vicdan məhbusu hesab edirik. Çünki onlar Azərbaycan hakimiyyətini daim tənqid ediblər. Həbslərlə bağlı beynəlxalq təşkilatlara müraciətlər edəcəyik".

İlkin
AzNews.az