“Ən yaxın zamanda aksiyalar keçirilməlidir” “Ən yaxın zamanda aksiyalar keçirilməlidir”

Həbs olunanlara görə kütləvi mitinqlər başlaya bilər

“Ən yaxın zamanda aksiyalar keçirilməlidir”




İP KŞ üzvü Pənah Hüseyn Müsavat Partiyasının qərargahında keçirilən mətbuat konfransında Tofiq Yaqublu və İlqar Məmmədovun həbsinə etirazını bildirib. AzNews.az-ın məlumatına görə, P.Hüseyn bu problemin həllində birlik nümayiş etdirməyin vacibliyini bildirib. Onun sözlərinə görə, demokratik düşərgə bu həbslərə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirməlidir:

"Bu haqsızlığa qarşı susmamalıyıq. Bu həbslərə qarşı demokratik düşərgə birlik nümayiş etdirməlidir. Hesab edirəm ki, kütləvi etiraz aksiyalarına başlamaq lazımdır. Çünki bu həbslər qanunsuzdur".

İlkin
AzNews.az