Keçmiş müdafiə naziri ölkədən qaçdı





Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili barəsində beynəlxalq axtarış elan olunacaq.


APA-nın "Qruziya-Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə fevralın 5-də Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili bildirib.



"Kezeraşvili barəsində ittiham irəli sürülüb, ilkin qəti-imkan tədbiri seçilib.Əlbəttə onun haqqında axtarış da elan olunacaq" - deyə, baş prokuror vurğulayıb.

Onun sözlərinə görə,kemiş nazirin hazırda olduğu yer barədə müxtəlif məlumatlar var, ancaq bu isə Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələdir.