Prezident İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanalayıb. Prezident İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanalayıb.

İlham Əliyev İlir Metanı təbrik etdi

Prezident İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanalayıb.

AzNews.az xəbəbr verir ki, məktubda deyilir:

“Hörmətli cənab Meta,

Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.