IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb.

İlham Əliyev və ailəsi forumda iştirak edib - Yenilənib + Fotolar

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb.

AzNews.az xəbər verir ki, Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.

***

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni çıxış ediblər.

BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə baş katibi Xose Qraziano da Silvanın müraciətini Kabinet rəhbəri Mario Lubetkin oxuyub.

Sonra qısa fasilə elan edilib.