“Bunu həmin partiyanın hərəkətlərində də aydın görmək olur" “Bunu həmin partiyanın hərəkətlərində də aydın görmək olur"

Yusif Bağırzadə: “Güclü partiyalardan biri birliyin əleyhinədir”

“Bunu həmin partiyanın hərəkətlərində də aydın görmək olur"



"AMİP olaraq, müxalifətin, vahid mövqe və platforma ilə seçkilərə qatılmasının tərəfdarıyıq. Buna görə də partiyamızın namizədini irəli sürməsi gündəmdə deyil".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. AMİP sədri bildirib ki, hazırda müxalifət partiyaları arasında danışıqlar gedir: "Sağ mərkəzçi partiya olaraq, düşünürük ki, müxalifət bir araya gəlməlidir. Bununla əlaqədar danışıqlarımız gedir. Danışıqlar İctimai Palata, Məşvərət Məclisi, Ziyalılar Forumu, REAL Hərəkatı arasında gedir".

Y.Bağırzadə vurğulayıb ki, partiyalardan biri birliyin yaradılmasının əleyhinədir: "Bunu həmin partiyanın hərəkətlərində də aydın görmək olur. Kifayət qədər sanballı partiya olduğuna görə biz həmin partiyanı da birliyə çağırırıq. Amma seçkilərə qədər bizim çağırışlarımız müsbət nəticələnməsə, birliyi yaradacağıq. Qeyd edim ki, həmin partiyanın daxilində bəzi funksionerlər birliyin tərəfdarıdırlar".

İlkin
AzNews.az