“O gənclərin son vaxtlar keçirdikləri aksiyaların mahiyyətindən xəbərləri də yoxdur” “O gənclərin son vaxtlar keçirdikləri aksiyaların mahiyyətindən xəbərləri də yoxdur”

Əli Əhmədov müxalifətçi gənclərə irad tutdu

“O gənclərin son vaxtlar keçirdikləri aksiyaların mahiyyətindən xəbərləri də yoxdur”




"Azərbaycanda sərbəst toplaşma azadlığı və ifadə azadlığı olsa da, bu azadlıq 9 milyon ölkə vətəndaşına aiddir, yalnız hansısa bir qrup gənclərə aid deyil". APA-nın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyir ki, bu hüquqdan istifadə edərək bir qrup şəxslər, xüsusilə gənclər tərəfindən hər həftə aksiya keçirib, dünyada Azərbaycanın siyasi imicinə xələl gətirmək heç də başucalığı deyil: "Heç o gənclərin son vaxtlar keçirdikləri aksiyaların mahiyyətindən xəbərləri də yoxdur. Mən hər dəfə bu aksiyanı izləyirəm və görürəm ki o gənclər kiminsə təhriki ilə küçələrə çıxıb polis ilə gizlənqaç oynayırlar. O gənclər özləri də bilmədən ayrı-ayrı anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət edirlər. Mən o gəncləri qəflət yuxusundan oyanmağa, milli maraqlara xidmət etməyə çağırıram".

AzNews.az