AMİP lideri prezidentin Əkrəm Əylisliylə bağlı qərarını dəstəklədi - REAKSİYA

"Əkrəm Əylisli özü öz millətindən imtina edirsə, o imtiyazlarından da məhrum olunmalıdır".

Bunu AzNews.az-a AMİP lideri Etibar Məmmədov Əkrəm Əylislinin "Xalq yazıçısı" və Prezident təqaüdündən mərhum olunmasına münasibət bildirərkən deyib. E.Məmmədov qeyd edib ki, yazıçı əsərində heç də xalqını, dövlətini aşağılamaq fikrində olmadığını iddia etsə də "Daş yuxular" romanını oxuyanlar onun kümi düşünmür.

AMİP lideri həmçinin bildirib ki, hər bir kəs attdığı addımın cavabını gözləməlidir: "Kim ki, azad fikiri bəhanə gətirib millətini aşağılayırsa, deməli, həmin adam qarşılıqlı reaksiyaları da gözləməlidir".

Gültəkin
AzNews.az