Bakıdan gedən ermənilər problem girdabında



Prezident seçkiləri öncəsi Serj Sarkisyanın yadına Azərbaycandan Ermənistana gedən ermənilər düşüb.

AzNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizəd Azərbaycandan gedən ermənilərin bir çoxunun probleminin həll edildiyini bildirsə də, bəzi problemlərin hələ də həllini gözlədiyini etiraf edib. Sarkisyan bildirib ki, Azərbaycandan gedən ermənilərin bir çoxu cəmiyyətə inteqrasiya olunsa da, hələ də bu mərhələni keçə bilməyənlər var:

"Problemlər var, ancaq bu problemlərin bir hissəsini həll etdik. Qaçqınların çoxunun mənzil şəraiti yaxşılaşdırılıb. Ancaq ev problemi həll olunmayanlar da var".

Elnarə Əlosmanqızı
AzNews.az