- Köhnə - Siyasət
- 14 Fevral 2013 10:07
- 1 726
ABŞ Dövlət Departamenti Əkrəm Əylisliyə görə hökumətə çağırış etdi
Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland deyib: "Biz hadisələrin inkişafını çox diqqətlə izləyirik. Müasir Müsavat Partiyasının bəyanatından və hüquq-mühafizə orqanlarının bəyanat müəllifini dindirməyə çağırmasından xəbərimiz var. Ümumilikdə, biz ifadə azadlığını dəstəkləyirik və Azərbaycan hakimiyyətini cənab Əylislinin və onun ailə üzvlərinin müdafiəsi və təhlükəsizliyi üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırırıq".
AzNews.az