Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mediaya verdiyi son müsahibəsi ilə cəmiyyətin gündəminə bomba kimi düşdü Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mediaya verdiyi son müsahibəsi ilə cəmiyyətin gündəminə bomba kimi düşdü

“Allah qoysa, 5 ildən sonra baxarıq“- Tağı Əhmədov

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mediaya verdiyi son müsahibəsi ilə cəmiyyətin gündəminə bomba kimi düşdü



Sabiq deputat Gülər Əhmədovanın erməni nəvəsi olduğunu deməsindən və sonuncunun ona cavabından bir gün sonra isə gözlənilən baş verdi - G.Əhmədova həbs olundu. Dövlət başçısı İlham Əliyevin keçirdiyi son müşavirədə qudurğan məmur övladları ilə bağlı dedikləri də cəmiyyətin ən çox müzakirə olunduğu və bütün məmurları hədəf aldığı üçün "Yeni Müsavat" T.Əhmədovla geniş söhbət etdi. Bakı Metropoliteninin rəisi öncə cəmiyyətdə rüşvətin kökünün kəsilməsindən danışdı.

- Birmənalı olaraq hamı başa düşməlidir ki, rüşvət deyilən şeyi birmənalı şəkildə qadağa etmək lazımdır. Bu qadağa hər bir məmura aid olmalıdır. Amma mən indi inanmıram ki, bizdə elə bir məmur olsun ki, rüşvət alsın. Bu, qeyri-mümkündür. Yəni iş o qədər qızğın, ciddi gedir ki, burda rüşvət almağa ehtiyac yoxdur. Qabiliyyəti olan adam işləyib özü qazanacaq.

- Məmurun pul qazanması mümkündür indi?

- Məmurun əgər çiyninin üstündə başı varsa, pul qazanmaq çox sadədir.

- Məsələn, necə?

- Məmur institut qurtarıb, ali təhsili var, maarifləndirmə ilə görülən işlər var. Müəyyən məmurlar var ki, bizneslə məşğul olurlar. Hər bir şey mümkündür, elə də çətin iş deyil.

- Amma Azərbaycan qanunvericiliyinə görə, məmurun bizneslə məşğul olması qadağandır.


- Mən demədim, məmur birbaşa bizneslə məşğul olsun. Amma burda məmurun layihələndirmə işi var. Əgər mən universitetdə dərs deyirəmsə, ordan pul qazanıramsa, burda elə bir çətinlik yoxdur.

- İlham Əliyev son çıxışında bəzi məmur övladlarını, onların harın davranışlarını tənqid etdi.

- Prezidentin bu fikirlərini məmnunluqla qəbul edirəm. Əgər övladına evdə tərbiyə verməmisənsə, o da hardasa tərbiyəsizliyini edəcək, onun da acı nəticəsini valideyni görəcək. Ona görə də prezidentimizin çıxışından hər məmur özü üçün nəticə çıxarmalıdır. Birmənalı başa düşməlidir ki, məmur uşağı olmaqla dünyanı dağıtmalı deyilsən, sən də o biri uşaqlarla eyni səviyyədəsən. Mənim iki oğlum var. Biri Xətai Rayon Məhkəməsində hakimdir. O biri də Xarici İşlər Nazirliyində işləyir. Hər ikisi haqqında başqalarından məlumat ala bilərsiniz ki, özlərini necə aparırlar. Ailədə hər hansı hərc-mərclik olsa, qudurğanlığa yol verilsə, evdə uşaq da qudurğan olur. Hər şey valideyndən irəli gəlir. Amma bəzi məmur övladları istər burda, istər xaricdə hegemonluq edirlər. Bu, yolverilməz haldır.

- Deyilənə görə, son müşavirədə İlham Əliyev bəzi məmurları, icra başçılarını bir-bir ayağa qaldıraraq danlayıb.


- Mən orda olmamışam, xəbərim yoxdu. Əlavə heç nə deyə bilmərəm. İ
indi Azərbaycanın qızıl dövrüdür. Azərbaycan yarandığı gündən indiyədək heç vaxt belə zirvədə olmayıb. Əgər indi Azərbaycan özünün intibah dövrünü, qızıl zirvəsini yaşayırsa, hamı birlikdə Azərbaycanın hər bir işinə önəm verməli, öhdəsinə düşən işi yüksək səviyyədə görməlidir. Prezidentin ətrafında olmalıdır və onun tapşırıqlarını layiqincə yerinə yetirməlidir.

- İlham Əliyev çıxışında təmtəraqlı yubiley keçirən məmurlara, onların uşaqlarına da toxunub. Səhv etmirəmsə, bu yaxınlarda sizin də 65 illik yubileyiniz oldu.


- Fevralın 1-də mənim də doğum günüm olub. Amma sizə səmimi deyirəm, ad günümü ailə üzvlərimlə birgə keçirdim. Bir nəfər də olsun kənar adam mənim yubileyimdə iştirak eləmədi. Bu mesajı çoxdan almışam. Bilirəm ki, olmaz. Əgər prezident öz 50 illik yubileyini qaçqınların arasında keçirirsə, 65 illik yubileyimi geniş keçirmək mənə ayıb olar.

- Növbəti ad günlərinizi prezidentin tövsiyəsinə əməl edərək, qaçqınların yanında, əsgərlərin arasında keçirmək istərdinizmi?

- Allah qoysa, 5 ildən sonra baxarıq.

- Dünən Gülər Əhmədova həbs edildi. İki gün öncə isə sizinlə onun arasında mətbuatda söz atışması yaşanmışdı. Sizin onun barəsində dediklərinizə münasibət bildirdi və bir gün sonra həbs olundu. Necə hesab edirsiniz, bu, gecikmiş həbsdir, yoxsa vaxtında baş verib?

- Bu, hər kəsin öz işidir. Əgər siz mənə metropolitenlə bağlı sual versəydiniz, buna cavab verərdim. Amma mən bu həbsin nə gecikmiş, nə tələsik olduğunu deyə bilmərəm. Orda sözümü demişəm ki, biz birmənalı olaraq seçimi düzgün etməliyik. Biz düzgün qərar verməliyik. Qərarımız düz olanda üzümüz də ağ olacaq.

- Hansı qərardan söhbət gedir?

- Gülər xanımın deputat seçilmə qərarından.

- Siz əvvəldən də onun deputat seçilməsinə qarşı idiniz? Milli mənsubiyyət baxımdan?


- Mən ömür boyu bununla razı olmamışam. Bunu hamı bilir. Birmənalı şəkildə razı olmamışam ki, Gülər xanım deputat olsun.

- Bəs o zaman niyə etiraz etmədiniz buna?


- Sən çox şeyə etiraz edib nəyə nail olursan?

- Hər halda, etiraz hüququmdan istifadə edirəm.


- Etirazım dostlar-yoldaşlar, partiyadaşlar arasında, müəyyən yerlərdə olub. Məni tanıyanlar bunu gözəl bilir.

- Siz daha öncəki müsahibənizdə də demişdiniz ki, təmiz türk qanı olan insanlar vəzifələrə çəkilməlidir. Amma bir neçə yüksək vəzifəli məmurun da qeyri-millətlərlə, hətta düşmən millətlə qohumluq əlaqələri olduğuna dair söz-söhbətlər var. Bu açıqlamanız sizə sonradan problem yaratmayacaq?

- Problem yaratsa belə, adam sözünü düz deməli, problemdən də qorxmamalıdır. Mən bu sözü demişəm, düz olaraq da qalır. Mənə də heç bir problem yaranmayacaq. Birmənalı olaraq ermənilərlə bağı olan məmurları nəzərdə tutmuşam. Yoxsa digər millətə qalsa, gərək hamısını göndərək, çıxsın getsin Azərbaycandan. Ruslarla, ukraynlarla, türkmənlərlə, özbəklərlə bağlılığı olanı nəzərə alanda gərək onda heç Azərbaycanda adam qalmasın. Mən erməni xalqından olan töküntüləri nəzərdə tuturam. Anası erməni olanın xalası, dayısı da ermənidir və ona da qulluq edəcək. Mən bunu nəzərdə tutmuşam. Buna görə də kimsə mənimlə münaqişəyə gedirsə, mən hazıram.

- Bu bəyanatınızdan sonra sizə kimsə incikliyini, umu-küsüsünü bildirdimi?

- Xeyr. Heç bir inciklik yoxdur. Bu, bəyanat deyil. Bu, mənim fikrim olaraq üçüncü dəfədir qəzetdə gedir. Hər hansı bir iclasda da bunu deyirəm. Burda elə pis bir şey də güdmürəm.

AzNews.az