“Heç bir xidmətdə göstərmirlər, eləcə pərdəni çəkirlər və bu da olur, biznesklass” “Heç bir xidmətdə göstərmirlər, eləcə pərdəni çəkirlər və bu da olur, biznesklass”

Qüdrət Həsənquliyev Türk Hava Yollarını tənqid etdi

“Heç bir xidmətdə göstərmirlər, eləcə pərdəni çəkirlər və bu da olur, biznesklass”


"Turist Şirkətləri Türk Hava Yollarına (THY) bilet satışını dayandırıb. THY Azərbaycana sanki ikili standartlardan yanaşır və Azərbaycana ikinci sort ölkə kimi yanaşır. Biz bunu hiss edirik. Adətən xarici ölkələrə səfər zamanı THY-nın xidmətindən istifadə edirik. Adətən təyyatrənin salonunda 8-9-cu sıralara qədər biznes klass hesab olunur. Orada heç bir xidmətdə göstərmirlər, eləcə pərdəni çəkirlər və bu da olur, biznesklass".

AzNews.az-in məlumatina gorə, bunu Milli Məclisin plenar iclasında BAXCP sədri Qüdrət Həsənquliyev bəyan edib. Deputat THY ilə bağlı müvafiq qurumların məsələyə müdaxilə etməsini, ümumiyyətlə bu məsələnin araşdırılmasını təklif edib.

BAXCP sədri həmçinin Polşaya etdiyi səfərdən də danışıb: "Biz bu yaxınlarda Polşaya səfər etdik. Yüksək səviyyəli görüşlər oldu. Polşa Azərbaycan üçün əhəmiyyətli ölkədir. Biz səfər zamanı əhəmiyyətli sənədlər imzaladıq. Onlar Azərbaycanla əməkdaşlığa meyl edirlər. Biz elə edək ki, imzalanan bu sənədləır kağız üzərində qalmasın.Bunun üçün sizdəndə xahiş edirəm. Cənab sədr bu məsələdə Milli Məclisin dəstəyi vacibdir. Hənmdə Polşada cəmi bir nəfər azərbaycanlı təhsil alır. Biz bu məsələyə ciddi yanaşmalıyıq".

Ilkin
AzNews.az