İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Sabah hava necə olacaq?

İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-10°, bəzi yerlərdə 13°-dək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10°, bəzi yerlərdə 13°-dək isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

AzNews.az