"Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib. "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.

Məişət zorakılığı sahəsində yeni layihə

"Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.


Trend xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə gerçəkləşdirilən "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.

Layihənin məqsədi qadınların hüquqları, sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi eləcə də qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir.

Layihə çərçivəsində qadınların sosial iqtisadi potensiallarının genişləndirilməsi, ailədaxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur.

AzNews.az