Oqtay Əsədov mətbuatı qınadı


Bu gün Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı son vaxtlar bəzi kütləvi informasiya vasitələrində etnik məsələlərin süni şəkildə qabardılmasına etiraz edilib.


APA-nın məlumatına görə, millət vəkili Musa Qasımlı bildirib ki, son günlər bəzi mətbuat vasitələrində etnik qarşıdurmanı qızışdıracaq yazılar daha çox yer almaqdadır: "Mən güc strukturlarımızı bu məsələni diqqətdə saxlamağa çağırıram".

Spiker Oqtay Əsədov da deputata cavab olaraq onun fikri ilə razılaşdığını bildirib: "Son günlər belə hallar çoxalıb. Bu məsələləri ortaya atanlar təmənnalı şəkildə bəzi qüvvələrin sifarişlərini yetirməyə çalışırlar".