“Aksiyaçılara qarşı zorakılıq hərəkatları həyata keçirilibsə, bu, birmənalı şəkildə qanun pozuntusudur” “Aksiyaçılara qarşı zorakılıq hərəkatları həyata keçirilibsə, bu, birmənalı şəkildə qanun pozuntusudur”

Zahid Oruc aksiyaçılara zor tətbiqini pislədi

“Aksiyaçılara qarşı zorakılıq hərəkatları həyata keçirilibsə, bu, birmənalı şəkildə qanun pozuntusudur”



"Əsgər ölümlərinə son" şüarı ilə bazar günü keçirilən aksiya iştirakşılarına qarşı tətbiq olunan zor cəmiyyətdə narazılıq doğurub. Bununla bağlı olayları AzNews.az-a şərh edən deputat Zahid Oruc deyib ki, polis qüvvələrinin başlıca vəzifəsi qanunu tələb etmək və hər hansı formada aksiyanın qarşısını almaqdı.

O qeyd edib ki, aksiya keçirilən ərazidən iştirakçıların çəkilməsi üçün əvvəlcə səsgücləndiricilərdən istifadə olunsa da çağırışa əməl olunmaması sonrakı addımların atılmasını zəruri edib: "Az qala dövlətin vətəndaşına atdığı güllə kimi xarakterizə etmək istədikləri rezin güllələri də, su şırnaqlarını da Qərb demokratiyası kəşf edib. Bu da işləməyəndə artıq müəyyən iştirakçıların saxlanması və hansısa polis məntəqələrinə aparılması prosesi baş verir. Bundan sonra aksiyaçıların hansısa məntəqələrdə fiziki cəhətdən xəsarət alması və onlara qarşı zorakılıq hərəkatları həyata keçirilibsə bu birmənalı şəkildə qanun pozuntusudur. Bununla bağlı müvafiq araşdırmalar aparılmalıdır və hüquqi qiymət verilməlidir".

Bu aksiyanın cəmiyyətə verdiyi başlıca mesajın əsgər ölümlərinin durdurulması olduğunu vurğulayan Z.Orucun fikrincə, ölkədə belə ölümlərin baş verməsini istəyən kimsə ola bilməz: "O cümlədən də biz parlamentarilər dəfələrlə bu məsələyə etirazımızı ifadə etmişik. Bizim üçün görünən həm də odur ki, bu etiraz aksiyalarını qeyri-qanuni müstəvidə gündəmə gətirməklə uzun müddətdən bəri apatiyanı, siyasi durğunluğu aradan qaldırmaq, bunun hakimiyyətə qarşı mübarizənin yaxşı vasitəsi olduğunu düşünənlər də mövcuddur. Prosesi bu cür stimullaşdıranlar, ona xeyir-dua verənlər, ona həddən artıq rəng verənlər, böyük şəbəkələrdə tirajlandıranlar xüsusi məqsəd daşıyırlar. Fikrimçə, bu, artıq əsgər ölümlərinin qədərindən artıq istismar olunmasıdır".

Gültəkin
AzNews.az