Qüdrət Həsənquliyev: “Regionlarda sahibkarlığa niyə diqqət ayrılmır?”

"Ölkədə tıxac əlindən tərpənmək olmur. Bunun üçün regionların inkişafına diqqət ayrılmalıdır. Bu yaxınlarda sənaye parkı yaradıldı və vergidən azad edildi. Bu addımlar niyə regionlarda atılmır? Bu cür işlər regionlarda da aparılmalıdır".

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında çıxış edərkən deyib. Q.Həsənquliyevin sözlərinə görə, Bakıdakı inkişafına görə rayonlardan hamı paytaxta axışır və buna görə də rayonlarda sahibkarlığın inkişafına diqqət artırılmalıdır:

"Məsələn, Naxçıvandan seçilən deputat kimi deyə bilərəm ki, orada minik avtomobili istehsal olunur. Həmin sahənin inkişafına təkan verilməlidir ki, avtomobillərdən istifadə edilsin. Gəncədə isə yük maşınlarını istehsal edən zavod var. Bu kimi zavodların inkişafına dəstək verilməlidir".

Millət vəkili daha sonra Qəbələ RLS və orduyla bağlı da fikirlərini deyib: "Qəbələ RLS-in boşadılması Azərbaycanın uğurudur. Azərbaycanın potensialı ona imkan verir ki, güclü ordu yaradılsın. Güclü ordu olduğu təqdirdə torpaqlarımızı azad edə bilərik".

Azər
AzNews.az