Gürcüstan parlamenti ölkə Konstitusiyasına düzəlişləri birinci oxunuşda qəbul edib. Gürcüstan parlamenti ölkə Konstitusiyasına düzəlişləri birinci oxunuşda qəbul edib.

Saakaşvilinin səlahiyyəti məhdudlaşdırıldı

Gürcüstan parlamenti ölkə Konstitusiyasına düzəlişləri birinci oxunuşda qəbul edib.


Teleqraf.com-un "Novosti Qruziya"ya istinadən xəbərinə görə, bu dəyişikliklər ölkə prezidentinin səlahiyyətlərini məhdudlaşdırır.

Qanun layihəsini parlamentdə təmsil olunan 147 deputatdan 135-i dəstəkləyib.

Yeni dəyişikliklərə görə, dövlət başçısı səlahiyyət müddətinin son 6 ayı ərzində parlamenti buraxa bilməz. Bundan başqa, əgər prezident hökuməti istefaya göndərər, parlament isə yeni baş nazirin namizədliyi ilə razılaşmazsa, o zaman oktyabrda keçiriləcək prezident seçkilərinə qədər Nazirlər Kabineti əvvəlki tərkibdə fəaliyyətini davam etdirəcək.

Ekspertlərin fikrincə, qəbul olunan düzəlişlərlə Saakaşvili hökumətin işinə təsir göstərmək imkanından məhrum edilib. Saakaşvılı isə bu məsələ ilə bağlı bildirib ki, o, demokratiya və inkişaf uğrunda mübarizəsini davam etdirir: "Məni siyasi mübarizədən uzaqlaşdırmaq üçün indiki və gələcək cəhdlər heç bir uğur gətirməyəcək".

AzNews.az