Fəvvarələr Meydanında etiraz aksiyası keçiriləcək

Facebook sosial şəbəkəsində yaradılan qrup aprelin 12-də saat 18:00-da Fəvvarələr Meydanında "Gənclərdən əlini çək" adlı aksiya təyin edib. Aksiya gənc fəallara qarşı repressiyalara son qoyulması tələbilə keçiriləcək.

Qrupun yaradıcısı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib:

"Bu, ölməkdə olan rejimin son çırpıntılarıdır və bu mərhələnin ağrısız ötüşməsi üçün ölkə ictimaiyyəti bir həmrəylik nümayiş etdirməlidir. "Əsgər ölümlərinə son!" aksiyalarının iştirakçılarına divan tutan rejim ən yaxın keçmişin və ən yaxın gələcəyin əsgərlərinə divan tutmaqla bu etirazları söndürmək istəyir. Rejimi rədd etmək üçün gəncliyi xilas etmək əsas hədəflərdəndirsə, gəncliyin qurtuluşunun tək yolu da birləşmək və nəhəng bir gücə çevrilməkdən keçir", o yazıb.



AzNews.az