Nuşirəvan Məhərrəmlidən talış dilində yayımlanan radioya münasibət

"Şuşada talış dilində radio açılması düşmən ölkə olan Ermənistanın informasiya təxribatıdır".

Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, adətən müharibə vəziyyətində olan ölkələr düşmən hesab etdikləri ölkəyə qarşı bu cür siyasət yeridirlər: "Ermənistan düşmən ölkədir. Düşmən ölkə kimi də Azərbaycana qarşı hər cür təxribatdan istifadə etməyə çalışır".

Sözügedən radioya İranın hansısa formada aidiyyatı olmasına gəlincə, Şura sədri deyib ki, bu MTRŞ-nın səlahiyyətində olan məsələ deyil: "Bu məsələ Azərbaycanın aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmalıdır".

AzNews.az