- Köhnə - Siyasət
- 1 Aprel 2013 16:55
- 1 790
Millət vəkilimizdən Ərdoğana təşəkkür
"Bildiyiniz kimi, Türkiyə və Ermənistan turizm şirkətlərinin razılığına əsasən aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysi fəaliyyətə başlamalı idi. Hətta erməni tərəfinin verdiyi məlumata görə həmin tarixə uçuşu həyata keçirən təyyarəyə biletlər tam olaraq satılmışdı. Lakin Azərbaycanın bu məsələyə həssas münasibətini bilən Türkiyənin Baş Bakanı cənab Tayib Ərdoğanın müdaxiləsindən sonra bu reys ləğv edildi. İki qardaş ölkə arasında gərginliyə səbəb ola biləcək bu layihənin qarşısını aldığına görə hörmətli Baş Bakana təşəkkür edir və inanıram ki, Azərbaycanın torpaqları işğaldan azad olunana qədər Türkiyə bu ədalətli və prinsipal mövqeyinə sadiq qalacaq"-deyə A.Quliyev qeyd edib.
AzNews.az