Eldar Namazovun “Moskva sirri” açıldı

"El" hərəkatının sədri Eldar Namazovun iki günlük Rusiya səfərinin sirrləri açıqlandı. Belə ki, E.Namazovun bu səfərdə məqsədi kinodramaturq Rüstəm İbrahimbəyovla görüşmək olub.

Bu barədə AzNews.az-a "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. Səfərdən və danışılan mövzulardan xəbərsiz olan E.Quliyev E.Namazovla hələ görüşmədiyini dedi:

"Belə görüşlər olur. Eldar müəllim Rüstəm İbrahimbəyovla görüşüb. Amma bu görüş necə olub, onlar əsasən nə haqda danışıb, bundan məlumatsızam".

Bahar Rüstəmli
AzNews.az