Deputat: “Rüstəm İbrahimbəyovu yola vermək lazımdır“

"Rüstəm İbrahimbəyovu şəxsən tanıyıram. Əvəllər iqtidarı müdafiə edirdi. Görünür artıq qocalıb və nə danışdığını bilmir"

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə "Ziyalılar Forumu"nun təsisçisi və həmsədri, kinodramaturq Rüstəm İbrahimbəyovun hakimiyyət əleyhinə ittihamlarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, hakimiyyət oyuncaq deyil ki, hər yerindən duran onu yıxa bilsin: "Çox qəribə vəziyyət yaranıb. Ən xırda məişət problemlərini belə həll etmək iqtidarında olmayan adamlar iqtidara gəlməkdən danışırlar. Hakimiyyətə qara yaxan adamlar əvvəl bir özlərinə baxıb görsünlər ki, onlar beş nəfəri idarə edə bilirlər, yoxsa yox?! Bundan sonra hakimiyyətə gəlmək haqqında danışsınlar. Bu dövləti qurmaq, bu səviyyəyə gətirmək üçün ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev min cür zəhmətə qatlaşıblar. Bu gün iqtidarı ittiham edənlərin hakimiyyətini də görmüşük, özlərini də yaxşı tanıyırıq. Rüstəm İbrahimbəyova gəldikdə isə görünür o, artıq qacalıb və nə danışdığını bilmir. Ona baş qoşmaq yox, yola vermək lazımdır".

AzNews.az