Ukrayna telekanalı Azərbaycana qarşı

Ukraynada yayımlanan “İnter” telekanalında Dağlıq Qarabağla bağlı veriliş nümayiş etdirilib

9 may Qələbə gününün qondarma DQR - də necə qeyd olunması ilə bağlı hazırlanan sujetdə işğalçı rejimin "azadlıq mübarizəsi" apardığına dair məqamlar yer alıb.

News.am-ın məlumatına görə, reportajda 1994-cü il mayın 9-u belə xatırlanıb: "Keçmiş SSRİ-nin xəritəsində bir yer var ki, eyni gündə iki tarixi bayram edir. Təsadüf elə gətirib ki, məhz 1994-cü ilin mayın 9-da bir tərəfdən Ermənistan və DQR, digər tərəfdən Azərbaycan olmaqla atəşkəs haqqında akt imzalanıb. Bu gün Qarabağ müstəqil, ancaq tanınmamış respublikadır".

Elnarə Əlosmanqızı
AzNews.az