Spiker Xalidə Xalidin həbsindən danışdı Spiker Xalidə Xalidin həbsindən danışdı

Oqtay Əsədov İran parlamentinə müraciət edəcək

Spiker Xalidə Xalidin həbsindən danışdı



Milli Məclisin sədri Oqtay Əsədov İranda həbs edilən AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı İran parlamentinin sədri Əli Laricaniyə müraciət edəcək.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Oqtay Əsədov deyib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər: "Mən də öz növbəmdə İran parlamentinin spikerinə müraciət edəcəyəm".

Millət vəkili Fazil Mustafa isə X. Xalidin həbsi ilə əlaqədar İrana etiraz edilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Xalidə Xalidin həbsi çox mənasız ittiham üzərində qurulub: "Bu, İslam prinsiplərinə yaraşmayan haldır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərməliyik. İran artıq bir neçə dəfədir ki, Azərbaycan vətəndaşlarını həbsə alır və sonradan bunu bazarlıq predmetinə çevirir. Bu məsələyə həssas yanaşmaq lazımdır. Azərbaycan qadının hüquqlarının qorunması üçün lazımi addımlar atılmalıdır?"

AzNews.az