- Köhnə - Siyasət
- 14 May 2013 19:10
- 1 394
İlham Əliyev Bakıya qayıtdı
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına rəsmi səfəri başa çatıb
AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Həmin gün Azərbaycan Prezidenti Bakıya qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
AzNews.az