Mətbuat Yayımı firması qəzetə olan borcunu qaytarmır? Mətbuat Yayımı firması qəzetə olan borcunu qaytarmır?

“Qasid” və “Azadlıq” arasında pul QALMAQALI

Mətbuat Yayımı firması qəzetə olan borcunu qaytarmır?



"Qasid Mətbuat Yayımı firması "Azadlıq" qəzetinə mütəmadi olaraq, hər ay pul ödəyir. Biz bu qəzetə olan borcumuzu da hissə-hissə ödəyirik. Bu barədə qəzetlə anlaşmamız var. Qəzetin guya bizim onlara pul ödəmədiyimizlə bağlı iddiaları əsassızdır".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Qasid Mətbuat Yayımı firmasının sədr müavini Ağəli İsmayılov deyib. Sədr müavinin sözlərinə görə, ötən ilin yayında "Qasid"ə məxsus köşklərin yığışdırılmasından sonra firmanın bəzi qəzetlərə borcu yarandı. Bu qəzetlərdən biri də "Azadlıq" qəzetidir.
A.İsmayılov bildirib ki, onlar "Azadlıq" qəzetinə mütəmadi olaraq, ayda 6-7 min manat pul ödəyirlər: "Ödənilən bu pul həm qəzetin aylıq dövriyyəsindən əldə olunan gəlirdir, həm də bizim bu qəzetə olan borcumuzdan müəyyən hissələrdir. Bizim "Azadlıq"la müqaviləmizə görə, bu qəzetin Azərbaycan Nəşriyyatına olan 20 manat borcunu da hissə-hissə ödəyirik".
Sədr müavini hazırda "Qasid"in hazırda "Azadlıq"a tam olaraq nə qədər borclu olduğunu bilməsə də, bu borcun 40 manat olmadığını və hər ay da borcdan müəyyən hissənin qəzetin hesabına köçürüldüyünü bildirib.

Qeyd edək ki, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin bugünkü sayında deyib ki, "Qasid" firmasının onlara 40 min manatdan yuxarı borcu və bu borc qəzetin fəaliyyətinə mənfi təsir edir. O, hətta qəzetin ən qısa zamanda dayana biləcəyini bildirib.

Anar
AzNews.az