“Kim deyir, Azərbaycan yəhudilərin əlindədir?”

"Kim deyirsə Azərbaycan yəhudilərin əlindədir, bu, ağ yalandır. Mənə deyin görüm, Azərbaycanın hansı sahəsi yəhudilərin əlindədir? Azərbaycanda dövlət aparatında, nazirliklərdə işləyən yəhudi varmı?"

AzNews.az-ın məlumatına görə, bu sözləri modern.az saytına müsahibəsində Milli Məclisin üzvü, yəhudi əsilli deputat Yevda İbrahimov deyib. Deputat bildirib ki, parlamentdə onu çıxmaq şərti ilə, ikinci bir yəhudi yoxdu:

"Hansı rıçaqlar Azərbaycan yəhudilərinin nəzarəti altındadır? Bunlar hamısı ağ yalandır".

Deputatın sözlərinə görə, bu gün regionda Azərbaycanı açıq şəkildə dəstəkləyən, heç kimdən qorxmayan yeganə ölkə İsraildir: "İsrail qorxmadan bəyan edir ki, mən Azərbaycanı təkləməyə qoymaram. Müdafiə işinə də, hərbi manevr keçirməsinə də qarışır".

Anar
AzNews.az