ŞURANIN TƏRKİBİ HƏLƏLİK GİZLİ SAXLANILIR ŞURANIN TƏRKİBİ HƏLƏLİK GİZLİ SAXLANILIR

Milli Şura elan edildi - KİMLƏR VAR?

ŞURANIN TƏRKİBİ HƏLƏLİK GİZLİ SAXLANILIR


Bu gün- 28 may İstiqlal Bayramı- Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü başlayıb.

Musavat.com-un məlumatına görə, axşam saat 22:00-a qədər davam edən görüşdə Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar. Geniş məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.

Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Yaxın günlərdə Milli Şuranın bəyannaməsi və tərkibinin xalqa təqdim ediləcəyi bildirilir.

AzNews.az