"Möhtəşəm qurultay keçirəcəyik" "Möhtəşəm qurultay keçirəcəyik"

“Prezidentə müraciətdən sonra məsələ həll olundu“

"Möhtəşəm qurultay keçirəcəyik"



İyun ayının 2 -də BAXCP Bakı Əyləncə Mərkəzinin "Elza" zalında növbəti qurultayını keçirəcək.

Bu barədə AzNews.az saytına BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə qurutaya hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir:

"Bir il idi ki, BAXCP növbəti qurultayını keçirə bilmirdi. Çünki Bakı şəhər icra hakmiyyəti BAXCP-nin qurultayını keçirilməsi üçün müvafiq yer ayırmırdı. Bizim 747 nəfər nümayəndəmiz secilmişdi. Ayrılan yer isə qurultayın səlahiyyətinin olmasına belə bəs etmirdi. 300-350 nəfərlik zal ayrılırdı. BAXCP rəhbərliyinin ölkə rəhbəri cənab İlham Əliyevə müraciətindən sonra məsələ öz həllini tapdı. Bakı Əyləncə Mərkəzi geniş zalı var və ən azından çalışacağıq ki, qurultay nümayəndəsinin 80-90% iştirak edə bilsin. Sabah saat 10-da qurultaya başlamamışdan ilk öncə BAXCP rəhbərliyi Fəxri Xiyabanda mərhum AXC lideri Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək. Bəyin qəbrini ziyarət etdikdən sonra saat 11 də qeydiyyat başlayacaq".

Niyaməddin Orduxanlı qonaq qismində mətbuat işçiləri üçün qurultayın acıq olduğunu da deyib: " Biz başqa partiyaları və başqa qonaqları dəvət etmirik. Yalniz özümüzün əməkdaşlıq etdiyimiz bir neçə partiyanı dəvət etmişik. Söhbət "İslahat" qrupunda olan partiyalardan gedir".

BAXCP müavini 2013-cü il prezident seckilərində iştirakla bağlı partiyanın qərarın olduğunu qeyd edib: "Sabah qurultayda secilən sədr həm də prezidentliyə namizəd olacaq. Şəxsən mən Qüdrət Həsənquliyevin namizədliyini irəli sürəcəm. Bu mənim şəxsi qərarımdır".

AzNews.az