MÜSAVAT PARTİYASINDA MİLLİ ŞURAYLA BAĞLI FİKİR AYRILIĞI YARANDI MÜSAVAT PARTİYASINDA MİLLİ ŞURAYLA BAĞLI FİKİR AYRILIĞI YARANDI

Arif Hacılı Milli Şuradan imtina etdi

MÜSAVAT PARTİYASINDA MİLLİ ŞURAYLA BAĞLI FİKİR AYRILIĞI YARANDI

"Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədərilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı deyib ki, o, özünü Azərbaycan xalqının gələcək taleyi üçün məsuliyyət daşıyan adamlardan biri hesab edir: "Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram".

Müsavat Mərkəzi Aparatının rəhbəri deyib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir.

Bu sözləri ilə Milli Şuranın Rusiya proyekti olduğuna eyham vurub-vurmadığı bağlı suala isə A.Hacılı belə cavab verib: "Mən heç nəyə eyham vurmaq niyyətində deyiləm. Ancaq yenə deyirəm, mən özümü Azərbaycan xalqının gələcəyini düşünən və bunun üçün məsuliyyət daşıyan adam hesab edirəm. Buna əsasən də qərarlarımı qəbul edirəm".

Müsavat rəsmisi deyib ki, Müsavat Partiyasından Milli Şurada kimlərin təmsil olunacağı ilə bağlı məlumatı yoxdur: "Partiya daxilində bu məsələ ətrafında müzakirələrdən xəbərsizəm. Bir müddətdir, şəxsi işlərim bağlı, həmçinin, ölkədən kənarda olduğum üçün müzakirələrdən uzaq qalmışam".

Anar
AzNews.az