BAXCP-dən Müsavat funksionerinə dəstək

“Başqaları da Arif Hacılıdan dərs götürəcək”


Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının Milli Şuradan imtina etməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı mətbuata açıqlamasında bunun doğru qərar olduğunu bildirib:

"İlk dəfə BAXCP sədri Qüdrət Həsənquliyev ölkə mətbuatında məsələ qaldırıb ki, Rüstəm İbrahimbəyov öz vicdanın səsi ilə danışmır və İbrahimbəyov Rusiyanın təsirində olan dostlarının tapşırıqlarını icra edir.

Artıq Qüdrət bəydən sonra radikal müxalifətin rəhbər şəxslərindən olan Arif Hacılı da bu həqiqəti gizlədə bilməyib. Arif bəyin bu bəyanatını müsbət addım kimi xarakterizə edirəm. Düşünürəm ki, Arif bəyin bəyanatından sonra başqaları da bundan dərs götürəcək".

AzNews.az