Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Sərdar Cəlaloğlu təşkilat sədrini vəzifəsindən azad edib

Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib.



Toplantının gündəliyində regionda və ölkədə baş verən ictimai-siyasi hadisələr, təşkilati və cari məsələlər olub . İdarə Heyətində təşkilati məsələyə də baxılıb. ADP sədri Sərdar Cəlaloğlu gənclərlə iş üzrə müavini Cəmil Hacızadəni gənclik yaş həddini keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edib.

Cəmil Hacıyev vəzifəsindən azad olunması haqda "Yeni Müsavat"a açıqlama verib. O, deyib ki, ADP-nin nizamnaməsində yaş həddinə görə tutduğu vəzifədən azad etmə kimi bir bənd yoxdur: "Partiyanın toplantısında iştirak etməmişəm. Mənə bu haqda heç nə deyilməyib. Ehtimalıma görə, bu, Novxanıda keçirilən 28 May bayram tədbirində iştirakımla əlaqədardır. Çünki partiya bununla bağlı 28 may günü Ümid Partiyası ilə birlikdə İstiqlal abidəsini ziyarət etməyi məsləhət bilmişdi. Mən isə ora getməyi dəstəkləməmişəm. S.Cəlaloğlu bir neçə gün əvvəl verdiyi müsahibədə qeyd edib ki, məni idarə heyəti üzvlüyündən çıxardıb cəzalandıracaq. Təbii ki, mən bunların heç birinə görə üzülmürəm. Məlumdur ki, ortada mənə qarşı qərəz var."

Sonda Cəmil Hacıyev belə bir fikir söylədi: "Qazandıqlarından sevinmə, itirdiklərindən də heyfslənmə"

Bu məsələyə həmçinin İdarə Heyətinin toplantısına iştirak edən ADP-nin Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədovun da münasibətini öyrəndik. O, dedi ki, İcra Aparatı təyin olunduqdan sonra sədr özünə müavin təyin edir. Bu təyin etmə isə seçki ilə yox, əmrlə olur. Hətta Cəmil Hacıyevi də Gənclər Təşkilatına sədr olaraq Sərdar Cəlaloğlu təyin edib. Cəmilin öz vəzifəsindən azad olunması isə müəyyən tapşırıqları yerinə yetirmədiyinə görədir: "Bu iradlar C.Hacıyevi vəzifəsindən azad etmək üçün həmçinin də bir bəhanə oldu". "İradlar nədən ibarət idi" sualını B.Məmmədov belə cavablandırdı: "İradlar toplantıda müzakirə olunmadı, eyni zamanda Cəmilin özü də toplantıda iştirak etməyib. Ancaq mən bu iradları konkret deyə bilmərəm. Daha dəqiq sədr Sərdar Cəlaloğlundan soruşun".

AzNews.az