Azərbaycanla Çexiya arasında diplomatik qalmaqal

Çex deputatlar işğal olunmuş ərazilərə səfər edib




Çexiyanın bir neçə millət vəkili Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfər edib. Bu gün qondarma QDR-in "prezidenti" Bako Saakyan ilə çexiyalı deputatların görüşü keçirilib.

Erməni mətbuatının yazdığına görə, görüşdə Çexiya ilə "DQR" arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə də parlametlərarası münasibətlərin yaradılması məsələsinə diqqət yetirilib.
İşğalçı rejimin "rəhbəri" Çexiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək deputatları belə səfərlərin sayını artırmağa çağırıb.

Elnarə
AzNews.az