İlham Əliyev bir sıra görüşlər keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Moldovanın keçmiş Prezidenti Vladimir Voronini qəbul edib.

Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlətimizin başçısına təqdim edib.

Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri ehtiramla xatırlanıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.


AzNews.az