“El“dən Arif Hacılıya gözlənilməz cavab

Milli Şura ilə bağlı istər mətbuatda, istərsə də siyasi düşərgədə müzakirələrin ardı-arası kəsilmir.

"El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Arif Hacılının Milli Şura ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. E. Quliyev modern.az-a açıqlamasında Arif Hacılını qərara gələ bilməməkdə suçlayıb. "Milli Şurada olmaq istəyir olsun, olmaq istəmir olmasın. Arif Hacılı gah nala vurur, gah da mıxa. Hər bir şeyin həddi-hüdudu var. Bu siyasi oyunlar artıq milləti təngə gətirib. Qurtarsınlar bunu"-deyə tənqid edib.

"El" rəsmisi onu da əlavə edib ki, demokratik düşərgə özünün təmizlənmə dövrünü yaşayır. "Bu sayaq təmizlənməklə durulacaq. Su torpağın əziyyətini çəkə-çəkə süzülüb bulaq olur, durulur. Milli Şura da xalqın durulan məqamıdır. Kim bu duruluğu bulandırmaq istəyirsə, özü bilər, Allah bilər"-deyə sərt şəkildə ittiham edib.

Xatırladaq ki, Milli Şura Respublika Günü-28 Mayda elan olunub.

AzNews.az