İP Koordinasiya Şurasının bəzi üzvləri Milli Şurada təmsil olunmaq istəmirlər İP Koordinasiya Şurasının bəzi üzvləri Milli Şurada təmsil olunmaq istəmirlər

İctimai Palata Milli Şuraya qarşı

İP Koordinasiya Şurasının bəzi üzvləri Milli Şurada təmsil olunmaq istəmirlər



İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) bəzi üzvləri Milli Şurada təmsil olunmaq fikrində deyil.

Bu barədə APA-ya İP KŞ üzvü Rafiq Manaflı məlumat verib.

R. Manaflı bildirib ki, Koordinasiya Şurasının bəzi üzvlərinin Milli Şuraya qoşulmamağa müəyyən əsasları var: "Lakin Milli Şuraya qoşulmamaq üzvlərin şəxsi fikridir. Lazım olarsa, özləri bunun səbəblərini açıqlayarlar. Hər halda müəyyən əsasları var".

İP KŞ üzvü Vidadi Mirkamal isə APA-ya deyib ki, Milli Şurada təmsil olunmaq ümumilikdə Koordinasiya Şurasına deyil, ayrı-ayrı fərdlərə təklif edilib: "Milli Şurada təmsil olunmaq üzvlərin şəxsi qərarlarıdır. Ona görə də, Koordinasiya Şurasının bu məsələni müzakirəyə çıxarması düzgün deyil".


AzNews.az